Fars körfəzi ölkələri ABŞ-nin iştirakı olmadan İranla saziş bağlamaq istəyirlər

Oman, QatarSəudiyyə Ərəbistanı regiondakı vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ-nin iştirakı olmadan İranla razılığa gəlməyə çalışırlar. Bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin yazdığına görə, artıq İran və Oman, daha sonra Oman və Qətər, İran və Səudiyyə Ərəbistanı, eləcə də Qətər və Səudiyyə Ərəbistanı arasında ilkin danışıqlar keçirilib.

Nəşrin məlumatına görə, danışıqlarda Hörmüz boğazında gəmiçiliyin bərpası və təhlükəsizlik sahəsində güzəştlər müqabilində İrana maliyyə yardımının göstərilməsi məsələləri müzakirə olunub.

“ABŞ-yə etimad əhəmiyyətli dərəcədə azalıb”, – deyə “Middle East Institute”nin əməkdaşı Qonul Tol nəşrə bildirib.

Onun sözlərinə görə, Fars körfəzi ölkələrində İranla öz aralarında anlaşmaya gəlməyin zəruri olduğu barədə fikir geniş yayılıb. “Bu səbəbdən həmin ölkələrin həqiqətən də öz sazişlərini bağlamasında təəccüblü heç nə olmayacaq”, – deyə o qeyd edib.

Qəzetin məlumatına görə, danışıqlarda Hörmüz boğazının minalardan təmizlənməsi, ətraf mühitə dəyən zərərin azaldılması, liman rüsumları və sığorta xərclərinin qarşılanması üçün müəyyən “xidmət haqqı” mexanizmi də müzakirə olunur.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası belə ödənişlərin hər hansı variantını qəti şəkildə qəbul etməyəcək. Lakin Fars körfəzi ölkələri seçim qarşısındadır: ya onlar ödəniş etməli, ya da gəmilərinin İran tərəfindən hücum təhlükəsi ilə üzləşməsini qəbul etməlidirlər.

Alternativ variant kimi, körfəz ölkələri raket arsenalının məhdudlaşdırılması, proksi qruplaşmaların dəstəyinin dayandırılması və digər güzəştlər müqabilində İrana iqtisadiyyatına investisiyalar təklif etməyə hazırdırlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər