17 C
Baku
Friday, April 19, 2024

“Faşizm dərsi”

Bu baş vermiş hadisə realdır və 1967-ci ildə Kaliforniyada baş verib. Palo-Altoda Ellvud Kabberle orta məktəbində Ron Cons tarix fənnindən dərs keçirdi. İkinci dünya müharibəsi mövzusu zamanı Consun şagirdlərindən biri ondan soruşur: “Almaniyanın adı vətəndaşları əsir düşərgələri və ölkələrində kütləvi sayda insan qırğını olduğundan necə xəbərsizmiş kimi davrana bilmişlər?!”. Cons proqramı qabaqladığından bütün 1 həftəni bu mövzuya həsr etməyə və kiçik bir eksperiment keçirməyə qərar verir.

Bazar ertəsi

Bazar ertəsi o şagirdlərə intizamın gücü haqqında mühazirə oxuyur. Mühazirə idmanın hər hansı bir növündə qalib olmaq üçün səylə və müntəzəm olaraq məşq edən idmançı, hər hərəkəti mükəmməl yerinə yetirmək üçün çox çalışan balerin və rəssam, elmi ideya axtarışında olan alimin səbri haqqında idi. Cons uşaqlara “fərəqət” halında oturmağı tapşırmışdı, çünki bu təhsilə daha çox uyğun gəlir. Daha sonradan onlara bir neçə dəfə ayağa qalxmağı, yeni formada əyləşməyi, daha sonradan cəm halında sinifdən səssizcə çıxmağı və geri qayıdaraq öz yerlərini tutmağı əmr edir. “Oyun” uşaqların çox xoşuna gəlmişdi və həvəslə bütün əmrləri təkrar edirdilər. Cons uşaqlara suallara dəqiq və cəld cavab verməyi əmr edir və onlar böyük maraqla buna əməl edirdilər, hətta ən passiv şagirdlər belə.

Çərşənbə axşamı

Çərşənbə günü Cons sinifə daxil olduqda bütün şagirdlərin “fərəqət” halında sakit oturduqlarını görür. Uşaqlardan bir neçəsi gülümsəyirdi. Lakin əksəriyyəti düz və qəti şəkildə irəliyə baxır, əzələlər və üz ifadələri sərt idi və gülümsəmirdilər.

Cons uşaqlara ümumiliyin gücünü izah edir. O uşaqlara birlikdə “Güc intizamdadır, güc ümumilikdədir” ifadəsini təkrar etməyi əmr edir. Şagirdlərin qrupun gücünü görərək böyük entuziazmla ifadəni təkrar edirdilər. Cons dərsin sonunda şagirdlərə bir-birilərini gördükdə necə salamlamalı olduqlarını izah edir. Belə ki, şagirdlər qarşılaşdıqda  sağ qolunu qaldıraraq qarşısındakı insanın çiyninə toxundurmalı idi. Cons bunu Üçüncü Dalğanın salamlama jesti adlandırır. Növbəti gün şagirdlər bir-birilərini bu formada salamlayır.

Çərşənbə

Çərşənbə günü Cons şagirdlərə üzvlük biletlərini verir. Heç kəs auditoriyanı tərk etmək istəmirdi. Hətta digər siniflərdən 13 şagird də eksperimentdə iştirak etmək üçün bura gəlmişdi. Müəllim hər kəsə üzvlük biletini təqdim edir. O üç biletdə qırmızı işarələr qoyur və onu verdiyi şagirdlərə xüsusi öhdəliklərinin olduğunu bildirir. Belə ki, onlar sinifdə qaydalara tabe olmayanlar barədə xəbər verməli idiıər. Lakin praktika “xəbərçiliklə” məşğul olan şagirdlərin sayı 20 olur. Digər şagirdlərdən öz artıq çəkisinə və dərsdə passivliyinə görə fərqlənən şagirdlərdən biri Consa onun cangüdəni olacağını bildirir və daim onun arxasıyca getməyə başlayır.

Şagirdlərdən üçü eksperiment barədə öz valideynlərinə məlumat verdiklərindən yerli ravvin Consa zəng edərək məsələ ilə bağlı məlumat almaq istəyir. Cons isə cavabında şagirdlərə alman şəxsiyyət növünü tədris etdiyini izah edir. Ravvin isə öz növbəsində vəziyyəti valideynlərə izah edəcəyini vəd edir. Günün sonunda eksperimentə çoxlu sayda şagird qoşulur. Bir çoxları Üçüncü Dalğaya üzvlüyünü böyük ciddiyətlə qəbul etmişdilər. Onlar eksperimenti ciddi qəbul etməyən digər şagirdlərdən qaydalara uymağı böyük qətiyyətlə tələb edirdilər.

Cümə axşamı

Cümə axşamı günü sinifdəki şagirdlərin sayı 80-ə çatmışdı. Con bu zaman qürurun nə olduğundan danışırdı. “Biz bu məktəbdəki qaydaları dəyişə bilsək, fabriklərdə, mağazalarda, universitetlərdə və digər təşkilatlarda olan qaydaları da dəyişə bilərik. Siz- bunu bacara biləcək seçilmiş gənclər qrupusunuz. Əgər siz irəli çıxsanız və bu 4 gündə nələri öyrəndiyinizi sübut etsəniz, biz xalqımızın taleyini dəyişə bilərik”.
Cons loyallığı şübhə altında olan 3 şagirdin auditoriyadan çıxarılmasını və kitabxanaya aparılmasını əmr edir. Daha sonradan isə cümə günü televiziya vasitəsilə Üçüncü Dalğanın liderinin və prezident vəzifəsinə namizədinin adının açıqlanacağını bildirir.

Cümə
Cümə günü kabinetə 200-ə yaxın şagird toplaşmışdı. Boş yerlər yox idi. Hər yerdə Üçüncü Dalğanın adını görmək mümkün idi. Cons irəli çıxaraq şagirdləri salamlamaq niyyəti ilə əlini qaldırır. Bu zaman eyni anda 200 əl ona cavab olaraq qaldırılır. Cons “Güc intizamdadır” devizini səsləndirir. Deviz bir neçə dəfə təkrar edilir. Hər dəfə daha gur səslə. O vəd edilən vaxt çatdıqda televizoru açır, lakin ekranda heç bir şey peyda olmur. Belə olduqda o şagirdlərə müraciət edir:

— Məni diqqətlə dinləyin. Heç bir rəhbər yoxdur! Üçüncü Dalğa adında heç bir ümummilli gənclər qrupu yoxdur! Sizə təlqin edildi, sizi öz ambisiyalarınız yoldan çıxardı və hazırda olduğunuz vəziyyətə gətirdi. Hazırda öyrəndiyiniz keçmişdəki almanlardan heç bir fərqiniz yoxdur. Siz düşünürdünüz ki, seçilmişsiniz, bu otaqda olmayan hər kəsdən daha yaxşısınız. Öz azadlığınızı intizam və üstünlüyün gətirdiyi rahatlığa qurban verdiniz. Öz iddialarınızdan imtina edərək qrupunun gücünü və böyük yalanı qəbul etməyə qərar verdiniz.

Bundan sonra Cons şagirdlərə nasist Almaniyası haqqında film nümayiş etdirir. Uşaqlardan çaşqınlıq içərisində idilər. Hətta bəziləri auditoriyanı göz yaşları içərisində tərk edir.

Son xəbərlər
Digər xəbərlər