“Əhali yaxın vaxtlarda öz “mavi yanacağ”ımızdan istifadə edə biləcək”.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, bir həftədən sonra vətəndaşlara müjdə veriləcək: “Qazın qiyməti vətəndaşlarımızın cibinə uyğun olacaq. Yeni təbii qaz yataqlarının axtarışı prosesi davam edir”.
Nazir daha çox təbii qaz yataqlarının kəşf olunacağına inandığını bildirib: “Həm Qara dənizdə, həm də Aralıq dənizində işlər davam etdirilir. Yeni sahələrdə də axtarış tədbirlərinə başlamışıq”.
Qeyd edək ki, F.Dönməz daha əvvəl Qara dənizdə təbii qaz hasilatı layihəsinin kritik mərhələyə daxil olduğunu açıqlamışdı.
Xatırladaq ki, bu gün “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçki bəyannaməsini açıqlayacaq.