10 C
Baku
Thursday, December 12, 2024

Fatih Dönməz: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik”

“Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O, yaxın günlərdə “Abdülhamid Han” qazma gəmisinin suya buraxıldığı Şərqi Aralıq dənizi bölgəsində 45-60 gün ərzində qazma işlərinin aparılacağını və hər hansı ehtiyat aşkarlanarsa, bu barədə ictimaiyyətin məlumatlandırılacağını deyib.

F.Dönməz Türkiyənin Qara dəniz sektorunda yerləşən “Sakarya” yatağı haqqında danışarkən 2023-cü ilin mart ayında bu yataqdan ilk qazın sahilə çatdırılacağını vurğulayıb: “Dənizin dibi ilə 120 km-lik boru xətti çəkilib, daha 50 km-lik xəttin çəkilişi həyata keçiriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər