2 C
Baku
Saturday, December 14, 2024

Fatih Dönməz Putinin Türkiyədə qaz qovşağı yaradılması təklifinə münasibət bildirib

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Rusiya energetika həftəsi” forumu çərçivəsində çıxışı zamanı Prezident Vladimir Putinin Türkiyə ilə bağlı səsləndirdiyi təkliflərin texniki cəhətlərinin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

Bu barədə türkiyəli nazir forum çərçivəsində təşkil olunmuş “Dünya bazarları: inkişaf naminə əməkdaşlıq” mövzusunda plenar iclasda çıxışı zamanı bildirib. Xatırladaq ki, Rusiya Prezidenti forumdakı nitqində “Şimal axını” ilə nəql edilən qazı indi Qara dənizə yönəltməyi, Türkiyədə Avropaya qaz nəqli üçün iri qaz qovşağı yaratmağı təklif edib.

Türkiyəli nazir bu təklifin ilk dəfə səsləndirildiyini və layihənin texniki cəhətlərinin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər