9 C
Baku
Thursday, December 12, 2024

Fatih Dönməz: “Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə enerji sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Fatih Dönməz bunu onunla əsaslandırıb ki, Ankaranın Moskva ilə qaz tədarükü üçün etibarlı müqaviləsi var.

“Biz əvvəldən bəyan etmişik ki, Rusiyaya qarşı sanksiyalara əsaslanan qərarları icra etməyəcəyik. Bizim Rusiya ilə etibarlı müqaviləmiz var. Azərbaycan və İranla da etibarlı müqaviləmiz var. Onlarla əlaqə saxlayırıq, lazım gələrsə, tədarükləri artıra bilərik… Ötən il təxminən 59-60 milyard kubmetr təbii qaz istehlak etmişik. Bu il də istehlakın eyni tempdə olacağını düşünürük. Təbii ki, bu istiqamətdə mövsümi dalğalanmalar var. BOTAŞ-ın (Türkiyənin dövlət neft-qaz şirkəti) əvvəlki illərlə müqayisədə məlumatları var. Buna uyğun olaraq tədarük planlaması edirik. Təchizatçılar daşınma planına əməl etsələr, heç bir problem olmayacaq”, – Dönməz jurnalistlərə deyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər