12 C
Baku
Sunday, October 27, 2024

Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon 38 min funt sterlinqə satılıb

Dünyada cəmi 4 nüsxəsi olan Fatih Sultan Mehmetin təsvir olunduğu antik medalyon Britaniyada keçirilən hərracda 38 min funt sterlinqə satılıb.

Londonda “Christie’s” hərrac evində “İslam və Hindistan dünyası sənəti, Şərq kilimləri və xalçaları” adlı hərrac keçirilib. Hərracda hökmdar Fatih Sultan Mehmetin təsvir olunduğu çox nadir medalyon naməlum alıcı tərəfindən alınıb.

Sikkənin üzərində “Bizans imperatoru Osmanoğlu Sultan Məhəmməd” yazılıb.

Bürüncdən tökmə diametri 11.5 santimetr olan medalyon intibah dövrünün ən gözəl portret medalyonlarından biri hesab olunur.

İtalyan heykəltaraş və rəssam Kostanza de Ferraranın hazırladığı medalyon fransız kolleksiyaçı Şarl Düprizin ailəsi tərəfindən hərraca çıxarılıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər