10 C
Baku
Thursday, December 12, 2024

“Fawaz Al Hokair” şirkəti Bakıda məşhur brendin mağazalarını açacaq

Ərəb ölkələrində geniş marketlər şəbəkəsinə malik olan “Fawaz Al Hokair” şirkəti 2021-ci ildə Bakıda və Tbilisidə İtaliyanın “Kiko Milano” kosmetika və parfümeriya brendinin mağazalarını açacaq.

Şirkətin icraçı direktoru Marvan Mukarzel jurnalistlərə müsahibəsində Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstanda biznes şəbəkəsi yaratmağı nəzərdə tutduqlarını söyləyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə moda və parfümeriya sahəsində pərakəndə mağazaları olan “Fawaz Al Hokair” Bakı və Tbilisi, habelə Batumidə yeni mağazalar açmaqla daha geniş coğrafiyanı əhatə edəcək.

İcraçı direktor əlavə edib ki, Cənubi Qafqazın böyük turizm potensialına malik olan bu şəhərlərinə sərmayə qoymaq şirkət üçün əlverişlidir.

“Fawaz Al Hokair” şirkəti Səudiyyə Ərəbistanının böyük otellər və marketlər şəbəkəsinə malik olan “Al Hokair” qrupuna daxildir. Bu şirkət İtaliyanın dünyada yüzlərlə kosmetika mağazası fəaliyyət göstərən “Kiko Milano” firması ilə şərikdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər