Dietoloqlar çoxdan sübut ediblər ki, piylənməyə çox sayda faktorlar səbəb ola bilər və onlardan biri də düzgün qidalanmamaqdır, məsələn əsas qidalararası düzgün edilməyən qəlyanaltılardır.
Həkimlər həyəcan təbili çalırlar ki, düzgün edilməyən qəlyanaltılardan piylənmə əmələ gəlir, çünki qəlyanaltı zamanı orqanizmin qəbul etdiyi qida piy şəkilində yığılır və fayda vermir.
Dietoloqların məlumatı əsasında, qadınların 72%-i iş zamanı çipslərlə, konfetlərlə, peçenye və bir çox digər ərzaqlarla qəlyanaltı edirlər. Bununla bərabər, hətta dietada olan xanımlar belə qəlyanaltı etmək həvəsinə düşürlər. Bu xüsusilə növbə ilə işləyənlərə aiddir. Bulkanı, konfeti yaxud bir paket çipsi tez yeyərək, insanlar stresin qarşısını almağa yaxud hansı yollasa monoton işi dayandırmağa çalışırlar. Lakin dietoloqlar xəbərdarlıq edirlər ki, ancaq üç dəfəlik tam dəyərli qida qəbul etmə insan üçün faydalı ola bilər. Kimsə tez-tez qəlyanaltı edir və bununla bərabər az hərəkətli həyat tərzi aparır, öz səhhətinə həddindən artıq zərər vurur. Və əgər sizin fəaliyyətiniz fiziki iş nəzərdə tutmursa, bu halda artıq kaloriləri yandırmaq çox çətin olacaq.
Lakin əgər səhər yeməyi və nahar arasında yaxud nahar və şam yeməyi arasında sizə aclıq əzab verir və nə isə yemək istəyirsinizsə, “düzgün və faydalı qəlyanaltı” edin. Dietoloqlar fiqura üçün təhlükəsiz olan lakin eyni zamanda toxluq hissi verən ərzaq növlərini aydınlaşdırdılar:
1. Moruq – onun tərkibində çox miqdarda asetilsalisil turşusu yaxud aspirin var. Bu baş ağrısından ən yaxşı dərmandır, belə ki, bir ovuc moruq sizə və sizin orqanizminizə fayda verər, siz toxsunuz və başınız artıq ağramır. Bundan başqa bu giləmeyvənin tərkibində aşılayıcı maddələr, pektinlər, üzvi turşular, çox sayda vitaminlər var. A vitamini dırnaqları və saçın köklərini gücləndirir, C vitamini orqanizmdən artıq suları çıxarır, birləşmə toxumasını gücləndirir, orqanizmdə xolestirinin səviyyəsini azaldır və ürək-damar xəstəliklərinin ehtimalını azaldır. Yeri gəlmişkən, sellyulit əmələ gəldikdə moruq çox faydalıdır.
2. Badam. Tez qəlyanaltı etmək üçün duzsuz badam seçin və onu hər gün yeyin, o həyat tonusunu çox yaxşı artırır, əhval-ruhiyyəni yüksəldir və qüvvə verir. Onun tərkibində çoxlu faydalı yağlar, B vitamini və kalsium, maqnezium, fosfor, manqan var. Badamın toxumlarında çox miqdarda piyli yağ, zülallar və şəkər var. Badam zülalın ən yaxşı bitki mənbələrindən biridir, çünki tərkibində demək olar ki yağsız ətdə olduğu qədər, 30% zülal vardır.
3. Zeytun. Ümumiyyətlə, bu ərzaq həvəskarlar üçündür, hamı zeytunu sevmir və həqiqətən çoxları zeytun yağını xoşlamır. Lakin məhz zeytunun tərkibində yüzdən artıq aktiv maddələr var, o cümlədən xolesterinin səviyyəsini azaldaraq ürək – damar xəstəlikləri riskini azaldan A və E “gözəllik vitaminləri” var. Yüksək qidalı maddələr az vaxt ərzində stresslər və yorğunluq vaxtı qüvvələrin bərpasına imkan verir. Gündəlik rasionunuza ancaq on zeytun daxil etməklə siz mədə yarası profilaktikasını 100% təmin edirsiz. Bundan başqa zeytun artıq çəki və bürüşmüş dəri ilə mübarizədə kömək edə bilər.
4. Kök. Kökün tərkibində yüngül həzm olunan karotin var. Kök dəri üçün çox faydalıdır, xüsusilə sizdə akne olduğu halda o daha faydalıdır. Eləcə də əgər sizin görmə qabiliyyətinizdə problem varsa, kökü rasionunuza daxil etmək lazımdır. Müəyyən miqdarda kök yeməklə, siz təmiz dəri, yaxşı görmə qabiliyyəti və parlaq saçlar əldə edirsınız. Dietoloqlar inandırırlar ki, kök orqanizmə antiseptik, qurd çıxarıcı, deminerallaşma, öd çıxarma, ağrı kəsici, bəlğəm gətirən, iltihaba qarşı, skleroza qarşı təsir göstərir. Təzə kökü gündə əlli – yüz qram salat şəkilində yaxud acqarına istifadə etmək olar.
5. Şokolad. Onunla da qəlyanaltı etmək olar, lakin burada əsası vaxtında dayanmaqdır. Sokoladla qəlyanaltının ideal miqdarı bir kvadrat hissədir, onun sayəsində sizin immun sisteminiz var qüvvəsi ilə işləməyə başlayacaq. Əlbəttə, yaxşı olar ki siz tünd şokoladla qəlyanaltı edəsiniz, o daha faydalı və az kalorili hesab olunur. 100 qramlıq qara şakolad plitkası aclığı yatizdırır və iştahı azaldır, bunları südlü şokolad haqqında demək mümkün deyil.
6. Banan. Banan xalq arasında çox vaxt “xoşbəxtlik qarmonu” adlandırılan serotoninin əsas mənbəyidir. Banan ancaq dadlı yox, həmçinin faydalı qəlyanaltıdır, çünki onun tərkibində düşünməyə kömək edən fosfor var. Bananın tərkibində təbii şəkər olan – saxaroza, fruktoza və toxuma ilə birgə qlükoza var. İntensiv zehni fəaliyyət və fiziki iş zamanı məhz banan yemək məsləhət görülür, çünki onlar orqanizmi şlaklardan təmizləyirlər, şişlərdən azad edirlər, qanda xolesterinin səviyyəsini azaldırlar, immuniteti gücləndirirlər, mədənin selikli qişasının iltihabını aradan qaldırmağa kömək edirlər, yuxunu bərpa edirlər və pozulmuş əsəbləri sakitləşdirirlər. Bir də banan iyi iştahı yatırır.
7. Bişirilmiş kartof da işdə faydalı qəlyanaltılar siyahısına qəbul edilmişdir. Onun tərkibində maddələr mübadiləsinin tənzimliyəciləri var və məhz onlar xolesterinin səviyyəsini aşağı salaraq sizə arıqlamaqda kömək edirlər. Kartofun züllalarında demək olar ki bitkilərdə rast gəldiyimiz, o cümlədən əvəzolunmaz bütün amin turşuları var. Əgər siz bişirilmiş kartofu gündəlik təxminən 300 qram normada yeyirsinizsə, bu halda öz orqanizminizi tamamilə karbohidratlarla, kaliumla və fosforla təmin edirsiz. 100 qram təzə kartof yumrularında 20 mq kimi C vitamini var.
Qeyd edək ki, işdə edilən düzgün qəlyanaltı nəinki sizin iş qabiliyyətinizi yaxşılaşdıracaq, hətta sizin fiquranızı qoruyub saxlayacaq. Nəyi isə yeməkdən qabaq öz iştahınızın dərəcəsini təyin edin. Əgər o 100% yaxındırsa, “fili udmağa” tələsməyin. Belə vəziyyətdə bir az ac qalmaq həddindən artıq tox olmaqdan daha yaxşıdır, bu haqda Useful-food.ru.
yazır.
Daha bir məsləhət, qidalanmaq haqqında qabaqcadan düşünün, evdən qoz, fındıq və meyvə götürün, və siz mədənizi çips və peçenye ilə zəhərləmək məcburiyyəti qarşısında qalmayacaqsız.