Fazil Məmmədov ölməyib – YENİLƏNİB

Sabiq vergilər naziri Fazil Məmmədovun ölməsi barədə məlumat doğru deyil.

Xəbəri haqqin.az saytı yayıb.

*   *   *14:50

Sabiq vergilər naziri Fazil Məmmədov vəfat edib.

Musavat.com xəbər verir ki, sabiq nazir bu gün Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, sabiq nazir uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi.

O, bir müddət əvvəl Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı.

Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.

Azərbaycan Güləş Federasiyasının prezidenti idi.