1 C
Baku
Saturday, December 14, 2024

“Facebook Messenger” istifadəçilərinin sayı 1 milyarda çatdı

“Facebook Messenger”in aylıq auditoriyasının miqdarı 1 milyard nəfərə çatıb.

Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Sosial şəbəkə istifadəçilər arasında vizual kontentin populyarlaşdığını qeyd edib. Hər ay messencerin köməyi ilə 17 milyarddan çox foto, hər gün isə 22 milyard GİF-fayl göndərilir. Xidmət 250 komplekt stikerləri (etiket, “nakleyka”), ümumilikdə 4 min təsviri dəstəkləyir. Hər gün istifadəçilər bir-biri ilə 380 milyon rəqəmsal “nakleyka” bölüşür.

“Mən dünyada messencerimizdən istifadə edən hər kəsə minnətdaram. Biz növbəti bir milyardın aramıza qoşulmasını səbirsizliklə gözləyirik”, – deyə “Facebook Messenger”in vitse-prezidenti Devid Markus söyləyib./Lent.az

Son xəbərlər
Digər xəbərlər