17 C
Baku
Tuesday, May 21, 2024

FED 2008-ci ildən bəri ilk dəfə olaraq faiz dərəcəsini endirdi

Federal Ehtiyatlar sistemi 2008-ci ildən bəri ilk dəfə olaraq faiz dərəcəsini 2-2,5%  diapazonuna qədər aşağı salıb. Qeyd edək ki, prezident Donald Tramp dəfələrdə bunun tərəfdarı olduğunu bildirib.

Banker.az-a daxil olan məlumata görə, FED qeyd edir ki, “iqtisadi perspektivlər üçün mövcud olan qlobal hadisələrin baş verməsi və inflyasiya təzyiqinin aşağı düşməsi nəticəsində” faiz dərəcəsini endirmək qərarına gəlib. Tənzimləyici vəziyyəti daimi olaraq izləyəcəyini və zərurət yarandıqda ABŞ iqtisadiyyatının artımını təmin etmək üçün “müvafiq addımlar” atacağını bildirib.

Qeyd edək ki, ötən ildə FED faiz dərəcəsini dörd dəfə artırıb – son dəfə dekabrda.  Görüş ərəfəsində ABŞ prezidenti Donald Tramp mərkəzi bankdan məyus qaldığını söyləyərək, faiz dərəcəsini endirməyə çağırıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər