Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yerli banklara likvidlik verməyə hazırdır.
Bu barədə FED-in yaydığı məlumatda deyilir.
Bildirilir ki, tənzimləyici ABŞ iqtisadiyyatına neqativ təsirlərin qarşısını alacaq.
FED-n açıqlamasında həmçinin bildirilir ki, qlobal iqtisadiyyatda baş verən hadisələrə olduqca diqqətlə yanaşılır: “Böyük Britaniyada keçirilən referendumdan sonra FED digər Mərkəzi Banklarla əməkdaşlıq edir”.
APA