6 C
Baku
Saturday, December 14, 2024

FED banklar üçün yeni qayda tətbiq edir

ABŞ-ın Federal Ehtiyatlar Sistemi banklara qarşı (FED) stress bufer kapitalı (stress capital buffer, SCB) müəyyən edən yeni qaydalar tətbiq edir. Bu, bankların ehtiyatda saxlamalı olduğu vəsaitin məbləğini proqnozlaşdırmağa kömək edəcək.

Banker.az xəbər verir ki, məlumat “Reuters” xəbər agentliyi tərəfindən təqdim olunub.

FED rəsmiləri “JP Morgan Chase” və “Citigroup” kimi böyük banklara qarşı kapital tələblərinin yüksək, kiçik müəssisələrə qarşı isə aşağı olacağını bildiriblər. Bu fərq orta hesabla 7% təşkil edəcək.

Yeni qayda 2020-ci ildə 34 bankın test ediləcəyi zaman qüvvəyə minəcək. Nəticələr iyunun 30-da açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər