“FED bu il faiz dərəcələrini 3 mərhələdə azaldacaq”

İsveçrənin “UBS” investisiya bankı bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini mərhələdə azaldacağını proqnozlaşdırır.

Digər investisiya banklarının əksəriyyəti bu il FED-dən faiz endirimi gözləmir və ya ən çox bir dəfə faiz endiriminə gedəcəklərini proqnozlaşdırırlar.

Bundan başqa investisiya bankı ABŞ-Çin arasında ticarət müqaviləsinin 1 mərhələsinin imzalanması bu ilin ilk yarısında ABŞ-da iqtisadi inkişafı 0,5% artıracağını vurğulayıblar.

“Əlavə tariflər ABŞ-da iqtisadi artımı azaldacağını, bununla da FED-in 3 mərhələdə faiz endiriminə gedəcəyini düşünürük. İlk faiz endirimi iqtisadiyyatın vəziyyətindən aslı olaraq mart ayında reallaşa bilər. Ancaq ABŞ iqtisadiyyatında bu il resesiya gözləmirik”, – deyə, bankın mütəxəsisi bildirib.