29 C
Baku
Thursday, May 30, 2024

FED-dən banklara “Kripto” xəbərdarlığı: Təhlükəsizlik riskləri yarada bilər

ABŞ Federal Ehtiyat Sistemi (FED) kriptoaktivlər ilə əlaqəli fəaliyyətlərlə məşğul olan və ya məşğul olmaq istəyən banklara müraciət məktubu ünvanlayıb. Sözügedən məktubda, yeni yaranan kriptovalyutaların banklar, onların müştəriləri və ümumi maliyyə sistemi üçün potensial imkanlar təklif etdiyi, lakin kriptovalyuta ilə bağlı fəaliyyətlərin təhlükəsizlik, istehlakçıların müdafiəsi və maliyyə sabitliyi ilə bağlı risklər də yarada biləcəyi bildirilib.

Banker.az xəbər verir ki, məktubda həmçinin, kriptoaktivlərlə bağlı fəaliyyətlə məşğul olmaq istəyən bankların hansı addımları atmalı olduqları qeyd olunur. Bildirilir ki, FED bununla bağlı prosesləri və bankların kriptoaktivlərlə bağlı fəaliyyətlərdə iştirakını yaxından izləyir.

Məktubda vurğulanır ki, banklar kriptoaktivlərlə bağlı hər hansı fəaliyyətlə məşğul olmazdan əvvəl bu cür fəaliyyətlərə qanuni olaraq icazə verildiyindən əmin olmalıdırlar, tənzimləyiciləri məlumatlandırmalıdırlar. Bildirilib ki, əməliyyatların təhlükəsiz və sağlam icrası üçün adekvat sistemlər və nəzarət olmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər