12 C
Baku
Friday, November 1, 2024

FED faiz dərəcəsini yenidən artırmaq məcburiyyətində qalacaq

ABŞ Mərkəzi Bankı (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) dekabr ayı üzrə iclasının protokolları dərc olunub.

Protokollarda yüksək inflyasiyanın qarşısını almaq üçün faiz artırımlarını sürətləndirmək məcburiyyətində qalınacağı qeyd edilib.

Bildirilib ki, dekabrın 13-14-də keçirilən iclasda maliyyə siyasətində genişlənmənin mümkün təsirlərinə diqqət yetirilib. İştirakçıların demək olar ki, hamısı, “gələcək illərdə tətbiq ediləcək maliyyə siyasətində genişlənmənin nəticəsi olaraq iqtisadi artım proqnozlarının üzərindəki yuxarı istiqamətli risklərin artdığını” bildirib”.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp maliyyə siyasətini genişləndirəcəyini, investisiyaları artıracağını vəd edib. Bu da iqtisadiyyatın yenidən “qızması”na və inflyasiyanın həddindən artıq yüksəlməsinə səbəb ola bilər.

Protokollardan məlum olub ki, komitənin əksər üzvləri “mərhələli” faiz artımının məqsədəuyğun olduğu fikrindədirlər.

FOMC-nin 13-14 dekabr 2016-cı il tarixlərində keçirilən iclasında faizləri 0,25-0,50 aralığından 0,50-0,75 faiz aralığına qaldırmışdı.

Nəzərə çatdıraq ki, FED dörd faiz artımı gözləntisilə başladığı 2016-cı ili tək artımı ilə bağlamışdı. Qrumun 2017-də faiz artımı gözləntisi isə ikidən üçə qaldırılıb.

FED-in cari ildə səkkiz toplantısından ilki yanvarın 31-də, ikincisi fevralın 1-də Vaşinqtonda keçiriləcək.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər