24 C
Baku
Wednesday, August 17, 2022

FED faiz qərarını açıqladı

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.

Federal Ehtiyat Sistemi 2022 və 2023-cü illərdə ABŞ-da inflyasiyanın müvafiq olaraq 2% və 2,1% səviyyədə olacağını gözləyir.

FED-dən həmçinin bildirilib ki, 2022 və 2023-cü illərdə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) müvafiq olaraq 3,3% və 2,2% artımı gözlənilir.

Xatırladaq ki, FED cari ildə yanvarın 27-də keçirilən ilk iclasında uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Qeyd olunurdu ki, komitə (Açıq bazarda əməliyyatlar üzrə) əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Son xəbərlər
Oxşar xəbərlər