14 C
Baku
Friday, November 15, 2024

FED-in faiz qərarı ilə bağlı proqnozlar bəlli olacaq

Bu gün qlobal bazarlar üçün ən vacib məlumatlardan biri olan ABŞ-da kənd təsərrüfatı xaric (qeyri-kənd təsərrüfatı) məşğulluq və işsizlik nisbəti açıqlanacaq.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı ölkə iqtisadiyyatının inkişaf vəziyyətini göstərəcək və FED-in faiz artımına nə zaman gedəcəyi ilə bağlı ilkin proqnozlar yaradacaq. İqtisadçılar iyun ayında məşğulluğun 175 min artacağını proqnozlaşdırırlar. Qeyd edək ki, mayda məşğulluq artımı proqnozdan kəskin aşağı olmuşdu. Belə ki, 164 min gözləntiyə qarşı həmin rəqəm 38 min artmışdı.

İşsizliyə gəlincə, iyunda bu rəqəmin 4,8%-ə qalxacağı gözlənilir. Mayda işsizlik nisbəti 4,7% təşkil edirdi.

Xatırladaq ki, məşğulluq rəqəmlərində artım tempinin aşağı düşməsi, o cümlədən “Brexit” riski ilə bağlı FED iyun ayındakı toplantısında faizə toxunmamışdı.

Qeyri- kənd təsərrüfatı məşğulluq göstəricisi kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv, aşağı çıxması isə neqativ bazardır. ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarına təsir edə bilən ən mühüm göstəricilərdən biridir.

—Publika.az

Son xəbərlər
Digər xəbərlər