14 C
Baku
Friday, November 15, 2024

FED faizləri dekabrda artıracaq

“Moody’s” analitikləri ABŞ Mərkəz Bankının sentyabrda faiz artımına getməsi üçün hər şeyin mükəmməl şəkildə irəliləməsi, iyul və avqust məşğulluq rəqəmlərinin güclü olması, inflyasiyanın 2 faiz hədəfinə bir az da yaxınlaşmasının vacib olduğunu vurğulayıb.

May ayında ABŞ-da məşğulluq artımı son 6 ilin ən aşağı səviyyəsinə düşdüyündən, iyun toplantısında FED faiz artımına getmədi. Lakin iyun ayı üzrə məşğulluq göstəricisinin müsbət olması Amerikanın pul siyasəti ilə bağlı naməlumluğu artırdı.

“Moody’s” bildirir ki, güclü məşğulluq artımı sentyabrda faiz artırılmasını mümkün etməsinə baxmayaraq, bu ehtimal aşağıdır: “FED”in sentyabrda faizləri artırması üçün hər şey mükəmməl şəkildə getməlidir. Bunun üçün iyul və avqust ayı üzrə məşğulluq göstəriciləri güclü çıxmalı, inflyasiya 2 faiz hədəfindən az olmamalıdır. Bundan başqa, maliyyə bazarların iş birliyi mühümdür. İngiltərə və ya İtaliyada baş verənlər FED-i ehtiyatlı olmağa vadar edir”.

Agentlik FED-in dekabr iclasında faiz artımına gediləcəyini istisna etməyib.

—Publika.az

Son xəbərlər
Digər xəbərlər