15 C
Baku
Monday, May 20, 2024

FED faizləri gözləniləndən daha çox artırır

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini gözləniləndən daha çox artıraraq 1.75%-ə yüksəltdi.

Banker.az xəbər verir ki, birjalar bu gün faizlərin FED tərəfindən 50 baza bəndi artırılacağını gözləyirdi. Yəni 1.50 faizə yüksəldəcəyi proqnoz edilirdi.

Lakin bəzi analitiklər tərəfindən ABŞ-da inflyasiyanın 8.6%-ə yüksəlməklə 41 ilin maksimumunu yeniləməsi səbəbindən faizləri 75 baza bəndi artıracağını da proqnoz edirdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər