10 C
Baku
Friday, December 13, 2024

FED-in gələcəkdə verdiyi qərarlar maliyyə bazarlarını “rahatsız” edəcək

Hollandiyanın nüfuzlu “Rabobank” investisiya bankı FED rəhbərinin açıqlamalarından sonra Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika regionu maliyyə bazarları üçün məruzəsində türk lirəsi ilə bağlı proqnozlarını açıqlayıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Bankın inkişaf etməkdə olan bazarlar üzrə strategiya mütəxəssisi Pyotr Matis hazırladığı məruzədə FED-in bu il uçot dərəcəsini daha sərt şəkildə artırma ehtimallarının maliyyə bazarlarında yenidən rahatsızlıq yaratdığı qeyd olunub.

“FED-in uçot dərəcəsini artırması nəticəsində yarana biləcək problemlər ən çox Cənubi Afrika Respublikası milli valyutası randa təsir edəcək”, – o deyib.

Məruzədə həmçinin qeyd olunub ki, TRY/USD kiçik diapazonda sıxışıb. FED-in addımları və geosiyasi risklər nəzərə alındıqda bu durum yüksəlişdən əvvəl səssizlik kimi qiymətləndirilə bilər. Belə olarsa, Türkiyə Mərkəzi Bankı (TCMB) faizləri artırmaq məcburiyyətində qala bilər.

Son xəbərlər
Digər xəbərlər