28 C
Baku
Saturday, July 27, 2024

FED illərlə iqtisadiyyata dəstək verməyə hazır olduğunu bildirib

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) koronavirus pandemiyasının təsiri ilə qarşılaşmış iqtisadiyyata illərlə dəstək verməyə hazır olduğunu bildirib.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, ABŞ Mərkəzi Bankı dünyanın ən böyük iqtisadiyyatının 2020-ci ilin sonunadək 6,5% kiçiləcəyini, işsizlik səviyyəsinin isə 9,3% təşkil edəcəyini proqnozlaşdırır.

Proqnozlara görə, pandemiya və onunla mübarizə tədbirlərinin təsiri növbəti bir neçə ildə özünü büruzə verməyə davam edəcək.

Təxminən 20 milyona yaxın insan iş yerini itirdi və FED-in sədri Cerom Pauell bu vəziyyətin bir neçə il davam edəcəyini söyləyir.

FED-in istifadəyə üstünlük verdiyi inflyasiya göstəricisinin 0,8% olacağı və 2022-ci ilin sonunda cəmi 1,7% yüksələcəyi gözlənilir.

Xatırladaq ki, FED faiz dərəcəsini sabit saxlayaraq, onun 2022-ci ilədək artırılacağını gözləmədiyini açıqlayıb.

“Biz faiz dərəcəsini artırmağı düşünmürük”, – Pauell bildirib.

Son xəbərlər
Digər xəbərlər