26 C
Baku
Tuesday, July 15, 2025

FED-in 10 il sonra ilk dəfə uçot dərəcəsini azaldacağı gözlənilir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) son 10 ildə ilk dəfə uçot dərəcəsini aşağı salacağı nəzərdə tutulur.

Bazar proqnozları FED-in bu həftə keçiriləcək iclasında uçot dərəcəsinin 0,25 faiz azaldılacağı istiqamətindədir.

Ekspertlər beynəlxalq bazarlar tərəfindən də diqqətlə izləniləcək FED-in iclasında zəifləyən qlobal iqtisadi vəziyyət və artan ticari gərginliklər fonunda bankın 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ilk dəfə uçot dərəcəsini azaldacağını gözləyirlər.

Uçot dərəcəsinin azaldılması qlobal iqtisadiyyatın 1854-cü ildən indiyədək ən böyük uzunmüddətli artım göstərdiyi, işsizliyin rekord aşağı səviyyədə olduğu və birjaların dəyərinin maksimuma çatdığı bir vaxtda baş verəcək.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər