Bu gün Federal Ehtiyatlar Sistemi (FED) bu ilki ilk iclasının nəticələrini açıqlayacaq.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ildə faiz dərəcəsinin üç dəfə azaldılmasından və təşviq proqramlarının işə salınmasından sonra heç kim amerikan tənzimləyicisinin aktiv fəaliyyətə başlamasını gözləmir. Buna baxmayaraq, FED bazara gələcək addımları haqqında xəbərdarlıq edə bilər.
Ekspertlərin çoxu mərkəzi bankın ilin ən azı ikinci yarısına qədər pul siyasətini dəyişdirməkdən çəkinməsini gözləsə də, FED bu gözləntiləri dəyişdirərək hər kəsi təəccübləndirə bilər.
2020-ci ildə faiz dərəcəsini dəyişdirməyə ehtiyac olmayacaq, çünki Amerika iqtisadiyyatı orta müddətli perspektivdə sabit artım nümayiş etdirir.
Dekabr ayında işsizlik 2,5% səviyyəsində qalıb və bu, son 50 il ərzində minimum göstəricidir. Kənd təsərrüfatı sahəsindən kənarda yeni iş yerlərinin sayı 145 min nəfər artıb ki, bu da əmək bazarının yaxşı vəziyyətindən xəbər verir. Noyabr ayında inflyasiya ildə 1,6% yavaşlayıb (FED-in proqnozu 2% idi). Ümumiyyətlə, bu il inflyasiya sistematik olaraq 2% səviyyəsinə çatmır və bu, ABŞ Mərkəzi Bankına yumşaq pul siyasəti yürütməyə imkan verir. Bundan əlavə, 2019-cu ilin dördüncü rübündə ÜDM artımının 2,1% olacağı gözlənilir.
Koronavirusun mümkün nəticələri ilə əlaqədar maliyyə bazarlarının zəifliyinin ABŞ iqtisadiyyatının ortamüddətli perspektivlərində dünyagörüşünün dəyişməsinə səbəb ola bilməyəcək.
Dəyişikliklərin edilməməsinə işarə edən digər faktor qarşıda gələn prezident seçkiləridir. Mütəxəssislərin fikrincə, 2020-ci ildə faiz dərəcəsinin endirilməsi onlar üçün sürpriz olacaq. Eyni zamanda qeyd olunur ki, bu effekt pozitiv olmaya da bilər.