ABŞ Federal Ehtiyyat Sisteminin (FED) balans hesabı koronavirusun (COVİD-19) iqtisadi təsirlərini azaltmaq və maliyyə bazarlarında təkrar sabitlik yaratmaq üçün xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızların alımları ilə 5,81 trilyon ABŞ dollara yüksəlib.
Bununlada FED-in balans hesabı rekord səviyyəyə qalxıb.
Məlumata görə, FED-in cəmi aktivləri ötən həftə 557 milyard ABŞ dolları məbləğində artıb. Bundan başqa FED-in bütün dünyada dollara olan tələbi ödəmək üçün xarici mərkəzi banklarla birlikdə qurduğu likvidlik swap əməliyyatları 142,5 milyard ABŞ dolları artaraq 348,5 milyard ABŞ dollarına çatıb.