18 C
Baku
Thursday, October 10, 2024

FED-in balansı rekord 6,42 trilyon dollara çatdı

Tənzimləyicinin koronavirus pandemiyası fonunda iqtisadiyyatı dəstəkləmək üçün gördüyü tədbirlər, balansı rekord səviyyəyə – 6,42 trilyon dollara yüksəldib.

Banker.az  “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, FED-in balansı 300 milyard dollar artıb.

İndi Mərkəzi Bankın balansı Amerika iqtisadiyyatının böhrandan əvvəlki səviyyəsinin 30%-a bərabərdir. FED-in böyüməyə davam edəcəyi gözlənilir. Tənzimləyici maliyyə bazarını dəstəkləmək üçün sonsuz sayda xəzinə istiqrazları və ipoteka kreditli qiymətli kağızlar almağa söz verib.
Valyuta svop xətlərdən istifadə 358, 1 milyard dollardan 378,3 milyard dollara qədər yüksəlib.

FED banklara diskont pəncərə vasitəsilə kreditlər verməyə davam edir. Borcların həcmi 43,45 milyard dollardan 35,3 milyard dollara qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər