FED-in büdcə kəsirini maliyyələşdirməsi həyəcan siqnalıdır – NİYƏ?

2017-ci ildə San-Fransisko Federal Ehtiyatlar Bankının prezidenti Con Uilyams, “maliyyə böhranından sonra vəziyyət normaya düşsə də, bizim öyrəşdiyimiz normadan fərqli görünə bilər” xəbərdarlığını etdi.

Bu yaxınlarda Nyu-York Federal Ehtiyatlar Bankının rəhbəri Uilyams, doğum səviyyəsinin aşağı düşməsi, bebi-bumların pensiyaya çıxması və istehsalın artım tempinin yavaşlaması kimi faktorların ABŞ-ın iqtisadi artım tendensiyasının azalmasına gətirib çıxardığını söyləmişdir.

İşçi qüvvəsi və məhsuldarlığın artım tempinin zəifliyi, iqtisadi yavaşlamaya səbəb olan elementar amillərdir. Lakin ABÇ-da gəldikdə, dövlət borcu ilə əlaqəli olan mənfi nəticələri də nəzərə almalıyıq. Vergi Siyasəti Mərkəzinin (Urban-Brookings TPC) qurucularından biri Uilyam Qeyl, “Büdcə terapiyası” adlı kitabında dövlət borcunun artması iqtisadi böyümənin yavaşlamasına səbəb olduğunu göstərir. ABŞ-ın borc probleminin ciddiliyi, FED-in faiz dərəcəsinin artırılması, repo və istiqrazların alışı yolu ilə bazarlara müdaxilə etmək məcburiyyətində olması ilə təsdiqlənir.

“Böyük borc böhranı şəraitində iş prinsipləri” kitabında məşhur “hedge” fondun rəhbəri Ray Dalio, dövlət borc öhdəliklərinin bazarın iştahını aşdığı dövrlərdə mərkəzi bankların tarixini təsvir etdi. Onun fikrincə, hal-hazırda FED müharibədə qalib gəlmək üçün büdcə kəsirini maliyyələşdirmək məcburiyyətində olduğu 1940-cı illərin əvvəlindəki vəziyyətə bənzər vəziyyətdədir. Amerikanın müharibədə qalib gəlməsinə kömək etmək üçün FED müstəqilliyindən imtina etdi. O, faiz dərəcəsini 2% səviyyəsinə endirərək, hərbi əməliyyatların maliyyələşdirilməsi üçün zəruri olan borc öhdəliklərini almağa başladı. Dalio bu cür tədbirləri “Pul siyasəti-3” adlandırır.

2019-cu ilin mayında bu məqalənin müəlliflərindən biri Dalionun açıqlamalarından istifadə edərək, FED-in yenidən “Pul siyasəti-3”  səviyyəsinə düşmək və müstəqilliyini itirmək riskinə getməsini sübut etməyə çalışdı. Bir neçə ay sonra Federal Ehtiyatlar Sistemi repo bazarındakı böhrana, eləcə də dollar qıtlığına, faiz dərəcəsini nəzarət altında saxlamaq üçün xəzinə istiqrazların və depozitlərin alınmasına yönəlmiş genişmiqyaslı əməliyyatlara reaksiya verdi. İqtisadi artım tempinin zəif olması və dövlət borcunun artması fonunda bu addımlar FED-in “Pul siyasəti-3” xəttini tutan mərkəzi banka çevrildiyini təsdiqlədi.

Belə “yeni norma” davamlı deyildir. Əksinə, bu, ABŞ hakimiyyəti üçün həyəcan siqnalıdır. İşsizlik ən aşağı səviyyədə olduqda, iqtisadiyyatın kütləvi miqdarda büdcə və pul dəstəyinə ehtiyacı yoxdur. Sarsaqlıqlardan çıxmaq üçün bir neçə nəslin yenilənməsi tələb olunur.

İkinci dünya müharibəsi zamanı ekzistensional təhlükə faşist imperializmi idi və “Pul siyasəti-3” Amerikanın bu təhdidə verdiyi cavabının bir hissəsi idi. Bu gün ABŞ “Pul-siyasəti-3” xəttini daha az nəzərəçarpan, lakin eyni dərəcədə ekzistensional şəraitdə tətbiq edir: qısamüddətli mentalitet və böhranlara qarşı etinasızlıq.

Lobbiçilər və onların müştəriləri seçki və hökumət mexanizmlərini manipulyasiya edərkən gələcək nəsillərin rifahının bu laqeydliyindən faydalanır; onlar vergilərin azaldılması yolu ilə gələcəyi qarət edirlər. Oriyentirlərin qısamüddətli olması elitaya təbiəti amancasına istismar etməyə, dövləti borclarla yükləməyə və gənclərə sərmayə qoymağa tələsməməyə imkan verir. Nəticədə qeyr-bərabərlik və dövlət borcu artır, ekstremal hava şəraiti güclənir, gənclərin savadlılıq səviyyəsi aşağı düşür (bu göstəriciyə görə ABŞ inkişaf etmiş ölkələr arasında ən aşağı səviyyədədir).

Dalionun vurğuladığı kimi, ekzistensional təhlükələrlə qarşılaşdıqda, “ölkənin edə biləcəyi ən pis şey (yəni ölkə rəhbərliyinin) böyük borclara qapılmaq və bu müharibədə məğlub olmaqdır, çünki bu borclardan daha dağıdıcı bir şey yoxdur”.

ABŞ ani faydalar əldə edilməsinə yönəlmiş qısamüddətli mentalitet ilə mübarizə aparmalıdır, qüvvədə olan vergi qanunlarının tətbiqi ilə məşğul olmalıdır. 2019-cu ildə qanunsuz vergidən yayınma həmyerliləri 600 milyard dollardan çox puldan məhrum etdi. Vergi soyğunçuluğuna göz yummaq, saxtakarlığı daha da stimullaşdırır.

Şübhəsiz ki, gələcək nəsillər üçün “yük” olan borcun yaranmasına təsir göstərən amillərdən biri də vergi cinayətkarlarının fəaliyyətidir. Bu haqda o vaxtkı maliyyə naziri Aleksandr Hamilton Konqresə yazdığı məktubda danışmışdır. Vergi ödəmələri ABŞ-ın 900 milyard dollarlıq büdcə kəsirinin 2/3 hissəsini azaltmağa kömək edə bilərdi. Eyni zamanda, belə bir addım cəmiyyət üçün ABŞ-ın qanun aliliyi və fundamental ədalət prinsiplərinə ciddi yanaşdığını təsdiqləyərək, Amerikanın ehtiyac duyduğu köklü dəyişiklərin təməlini qoymuş olardı.

Bu cür dəyişikliklər gələcək nəsillərin maraqlarını rəhbər tutmalıdır. Əksər insanlar gənc və doğulmamış amerikanların normal yaşam üçün zəruri olan şərtlərə cavab verən ətraf mühit, dövlət borcu yükü altında qalmamaq və onlara məhsuldar vətəndaş olmağa imkan verən təhsil almaq hüququna sahib olduqları ilə razılaşırlar. Bütün diqqətini bu prioritetlərə yönəltməklə ABŞ “Pul siyasəti-3” çirkabından qurtula və qısamüddətli mentalitet bəlasının öhdəsindən gələ biləcəkdir.

Devid An “Dyson Capital Advisors” da investisiya vitse-prezidenti.

Robert Dagger“Hanover Provident Capital LLC” da idarəedici tərəfdaş.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları