13 C
Baku
Saturday, May 18, 2024

FED-in faiz artımı ehtimalı 50 faizə yüksəldi

İstiqraz bazarı FED-in mart ayı toplantısında faizləri artıracağının fərqinə varıb.

“Bloomberg”ə istinadən xəbərə görə, FED sədri Janet Yellen və digər qrum rəsmiləri toplantının “canlı” olacağına dair xəbərdarlıq edir:

“Bu xəbərdarlıqlar 14 – 15 mart toplantısı üçün də keçərli idi. Buna qarşı treyderlər Mərkəzi Bankın mart ayında faizləri artıracağından tam əmin deyildilər. Lakin FED-in gələn ay keçiriləcək toplantısında faizləri artıracağı ehtimalı 50%-ə yüksəlib. Halbuki ötən həftə investorların faiz artımı yönündə gözləntiləri 33% idi”.

Faiz artımı gözləntisinin yüksəlməsinə dair çox səbəb olsa da, analitiklər hər hansı birini əsas faktor hesab etmirlər.

MənbəPublika.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər