24 C
Baku
Tuesday, September 27, 2022

FED-in faiz dərəcəsini kəskin artıracağı ehtimalı yüksəlib

Ötən ilin dekabrında ABŞ-da istehlak qiymətlərinin illik müqayisədə 7% artaraq 40 illik maksimuma çatması və ötən gün federal fondlar üzrə fyuçerslərin artan dərəcəsi, Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini gələn ayın iclasında birdən-birə 50 baza bəndi (0,5 faiz bəndi) qaldırması ehtimalını yüksəldib.

Ötən gün sözügedən fyuçerslər federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin martda 50 baza bəndi artıracağı ehtimalının 62% olduğunu göstərib. Fevralın 9-da bu ehtimal 30%-ə bərabər idi.

Sözügedən ehtimalları şərh edən Sent-Luisdəki FED-in icraçı direktoru Ceyms Bullard “Bloomberg”ə bildirib ki, hazırda “şahinvari” (“hawkish”) mövqeyi dəstəkləyir və ABŞ-ın maliyyə requlyatorunun faiz dərəcəsini mart ayında 50 baza bəndi, 1 iyula qədər 100 baza bəndi (1%) artırılmasının tərəfdarıdır. Lakin C. Bullard əlavə edib ki, buna baxmayaraq, FED-in sədri Cerom Pauel son qərarına arxalanacaq.

Qeyd edək ki, hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0-0,25% səviyyəsindədir. “Goldman Sachs Group” transmilli investisiya bankı FED-in faiz dərəcəsini ilin sonuna 1,25-1,5% səviyyəsinə çatdıracağını proqnozlaşdırır.

Xatırladaq ki, dekabrda ABŞ-da ən kəskin illik artım enerji qiymətlərində qeydə alınıb – 29,3%. Ayrı-ayrı enerji mallarına gəldikdə, təbii qazın qiyməti 24,1%, yanacağın qiyməti 41%, benzinin qiyməti isə 49,6% artıb. İnflyasiyanın ən az toxunduğu mallar kateqoriyalarına ərzaq məhsulları (6,3%) və geyim (5,8%) daxildir.

Son xəbərlər
Oxşar xəbərlər