ABŞ FED-nin ötəngünki açıqlamaları ardından dollar bahalaşmaqla öz mövqeyini möhkəmləndirməsi neftin qiymətini ucuzlaşdırmağa vadar edib. FED-in son qərarına əsasən uçot dərəcəsini 0-0.25 faiz səviyyəsində saxlayıb.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli 0.44 dollar, yaxud 0.59% ucuzlaşmaqla 73.95 dollara düşərkən, WTI markalı xam neftin bir barreli 0.41 dollar, yaxud 0.57% ucuzlaşmaqla 71.74 dollar olmuşdur.
Enerji bazarında qiymətlərin son günlərdə mühüm dərəcədə qiymət qazanmasına səbəb yaz səyahətlərinin başlaması və İran ilə nüvə barəsində anlaşmanın hələdə anlaşılmaz bir durumda qalmasıdır.
Digər tərəfdən isə neftin qiymətində təzyiq alətlərindən biri olan ABŞ dolları 6 əsas valyuta qarşısında önəmli mövqe qazanmaqla indeksini 91.347 bəndə qədər yüksəldə bilib.
Qeyd edək ki, neftin qiyməti 2019-cu ildən bu tərəfə ən yüksək həddə, 75 dollar/barrel səviyyəsinə qalxmaqla önəmli bahalaşma yaşadı.