4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

FED-in rəhbəri kriptovalyutaları riskli, lakin narahatlıq doğurmayan adlandırıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, kriptovalyutaların yayılması ilə bağlı müəyyən risklər var, çünki bəzi istehlakçılar nə aldığını başa düşmürlər.

Banker.az xəbər verir ki, eyni zamanda o qeyd edib ki, kriptovalyutalar maliyyə sabitliyinə təhlükə yaratmır, adi aktivlərə bağlı valyutalar isə düzgün tənzimləyə olduqda hətta faydalıdır. Dekabrın 15-də FED federal kreditlər üzrə faiz dərəcəsini illik 0%-dən 0.25%-ə qədər saxlayıb və gələn il onu üç dəfə artıracağını açıqlayıb.

“Hazırda mən onları (kriptovalyutaları) maliyyə sabitliyi ilə bağlı narahatlıq üçün səbəb kimi görmürəm. Ancaq hesab edirəm ki, rəqəmsal valyutalar müəyyən risklərlə əlaqəlidir, çünki nə aldığını başa düşməyən istehlakçı problemi olduğuna inanıram”, – deyə FED rəhbərliyinin görüşündən sonra cənab Pauel söyləyib.

FED rəhbəri əlavə olaraq bildirib ki, steyblkoinlər (dəyəri adi aktivlərə bağlı olan kriptovalyutalar) maliyyə sisteminin elementi kimi potensiala malikdir, lakin qanunla tənzimləndiyi halda. “Steyblkoinlər düzgün tənzimləndikdə maliyyə sisteminin faydalı və səmərəli istehlak hissəsi ola bilər. İndi bu yoxdur”, – deyə o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər