9 C
Baku
Monday, November 18, 2024

“Çətin olacaq. Asan olmayacaq”: FED-in rəhbərindən xəbərdarlıq

ABŞ-da inflyasiyanın azaldılması istiqamətində görülən tədbirlər ölkədə iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Bunu Atlanta Federal Ehtiyat Bankının (Corciya ştatı) prezidenti Rafael Bostik CBS telekanalına müsahibəsində bildirib.

“Çətin olacaq. Asan olmayacaq. Çox güman ki, iş yerlərinin itirilməsi olacaq”, – bank rəhbəri izah edib.

Eyni zamanda, Bostik vurğulayıb ki, tarixi perspektivdə iş yerlərinin itirilməsi digər vəziyyətlərdə müşahidə ediləndən az olacaq. ABŞ Əmək Nazirliyi avqust ayında ölkədə istehlak qiymətlərinin illik müqayisədə 8,3 % artdığını göstərən məlumatlar təqdim edib.

Son xəbərlər
Digər xəbərlər