FED-in siyasətinin əleyhinə çıxdı: “İqtisadi planın öhdəsindən bir nömrəli ölkə kimi gəlirik”

0
Pouel və Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi Federal Ehtiyat Sisteminin (FED) başçısı Cerom Pauell tərəfindən həyata keçirilən siyasətin əksinə olaraq böyük iqtisadi uğurlar əldə edir.

“Biz Federal Rezerv Sisteminin faiz dərəcələri və miqdar kəskinləşməsi proqramı ilə bağlı köhnəlmiş siyasətinə baxmayaraq, iqtisadi planın öhdəsindən bir nömrəli ölkə kimi gəlirik”, – deyə o, “Twitter”-də yazıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bizim inkişaf etmək imkanımız var”, – deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, FED sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Görüş zamanı C.Pauell FES-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb. O əlavə edib ki, FES pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.

Görüşdə həmçinin FES rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.

ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FES rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.

O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.

– Report