6 C
Baku
Sunday, January 19, 2025

FED-in son qərarı nefti bahalaşmasına səbəb oldu

Sentyabrın 21-də açıqlanan iki iqtisadi göstərici dünya bazarında neftin qiymətinin 4,5% artaraq hər barel üçün 47,2 dollara çatmasına səbəb olub. 

Göstəricilərdən biri ABŞ-ın neft ehtiyatlarının həcmidir.

Belə ki, ABŞ-ın Energetika Nazirliyinin 15-21 sentyabr tarixləri üçün açıqladığı hesabatda bildirilir ki, kommersiya mqəsədli neft ehtiyatlarının həcmində proqnozlaşdırılan 3,361 mln. barel artım əvəzinə 6,2 mln. barel azalma baş verib. Bununla yanaşı, hesabat həftəsində benzin ehtiyatları da proqnozlaşdırılan 1,3 mln. barel azalma əvəzinə daha çox, yəni 3,204 mln. barel azalma nümayiş etdirib. Ehtiyatların kəskin azalması fonunda neft qiymətlərinin bir o qədər də sürətlə yüksəlməməsinə səbəb həm də ABŞ-da gündəlik neft hasilatının 0,22% artaraq 8,512 mln. barelə çatması olub.

Əmtəə birjalarında nefti bahalaşdıran həm də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) ötən gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanması olub. Bu qərar valyuta birjalarında dolların ucuclaşmasına səbəb olub və son nəticədə neftin qiymətinin artmasına təsir edib.

Yerli analtika qrupu Report hesab edir ki, yaxın bir həftə ərzində neft bahalaşa bilər. “Brent” markalı neftin qiymətinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasil edən ölkələrin qeyri-formal sammitinə qədər 50 dolllara qədər artacağı, hasilatın dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə 55 dollara yüksələcəyi proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər