-1 C
Baku
Sunday, December 15, 2024

FED-in son qərarının Türkiyədə əks-effekti: Lirəsi bahalaşmaqda davam edəcək

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən həftə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,75-2%-dən 2-2,25%-ə çatdırmasından sonra ABŞ dolları digər aparıcı xarici valyutalar qarşısında bahalaşsa da, Türkiyədə əks proses baş verdi – Amerika valyutası türk lirəsi qarşısında ucuzlaşdı. FED-in qərarından 1 gün əvvəl 6,1-6,2 olan TRY/USD nisbəti hazırda 5,95 ətrafındadır.

Buna səbəb Türkiyəni milli valyutasının məzənnəsinin güclənməsi istiqamətində atılan addımlar və bunun lehinə işləyən beynəlxalq proseslərdir.

Hələ sentyabrın 20-də qonşu ölkənin Maliyyə Nazirliyinin təqdim etdiyi yeni iqtisadi proqram lirənin məzənnəsinin sabitləşməsi ilə bağlı fəaliyyətin bünövrəsi rolunu oynayıb. Çünki, proqram infilyasiya ilə mübarizə, maliyyə intizamının gücləndirilməsi, məşğulluğun artırılması, makro iqtisadi göstəricilərin yaxşılaşdırılması və digər vacib məsələləri əhatə edir. Bundan başqa bankların türk lirəsi ilə kredit verməsinin təşviq olunması da böyük əhəmiyyət kəsb edir. Həmçinin həyata keçirilən sosial layihələrsənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsi Türkiyə əhalisinin milli valyutaya inamının artmasında, lirənin bahalaşmasına səbəb olub.

“Report”un analitik qrupu yaxın 10 gün ərzində lirənin təxminən 4% də bahalaşacağını, Türkiyədə dolların məzənnəsinin 5,7 lirəyə düşəcəyini proqnozlaşdırır. Oktyabrın 12-də ABŞ-dan olan rahib Roy Bransın məhkəməsi olacaq.Əgər o, azadlığa buraxılarsa, qonşu ölkədə Amerika valyutası daha sürətlə ucuzlaşacaq.

Son xəbərlər
Digər xəbərlər