15 C
Baku
Friday, March 29, 2024

FED-in uçot dərəcəsini artırmasına daha bir stimul: Trump açıqlamaları

ABŞ prezidenti Donald Trampın “proteksionist” qərarları Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına səbəb olacaq.

Yerli analitik qrupu bildirir ki, dövlət başçısının gələn həftə alüminium və polad idxalına gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalaması gözlənilir.

ABŞ polada 25%, alüminiuma isə 10% uzunmüddətli gömrük rüsumu tətbiq edəcək.

“Siz uzun müddətdən sonra ilk dəfə qorunacaqsınız”, – deyə D.Tramp Ağ Evdə metallurgiya şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

“Report”un analitik qrupu “proteksionist” qərarların bununla bitməyəcəyini, Avropa İttifaqının, Çinin və digər ölkələrin adekvat addım atacağını proqnozlaşdırır. ABŞ hökumətinin digər xammal və mal növlərinə idxal rüsumu tətbiq etməsi də istisna edilmir.

Nəticədə ABŞ-da idxal inflyasiyası yaranacaq. Belə ki, ABŞ-ın metallurgiya şirkətlərinin qısa zamanda sektoru canlandıracaqları və istehsal güclərini artıracaqları gözlənilmir. İnflyasiya isə, öz növbəsində, digər sektorlara yayılaraq FED-in uçot dərəcəsini daha çevik artırmasına gətirib çıxaracaq. İlin II yarısından etibarən ABŞ-da inflyasiyanın hədəflənmiş 2% səviyyəsini üstələyəcəyi ehtimal edilir. Bu da FED-in 0,5 faiz bəndi artıma getməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər