-3 C
Baku
Sunday, December 15, 2024

FED-in “yumşaq” çıxışı ardından ABŞ dolları ucuzlaşmağa başlayıb

Bu gün Federal Ehtiyatlar Sisteminin sədri Cerom Povel aqressiv monetar sərtləşdirmənin davam etməsi ilə bağlı narahat görünməsi, yəni ressesiya riskinin öncəki iclasdan fərqli olaraq işarə etməsi ABŞ dollarını xeyli zəiflətdi. İndi ikinci əsas rəqibi olan yapon yeni qarşısında üç həftənin ən aşağı səviyyəsinə düşüb.

Banker.az xəbər verir ki, 1 dollar artıq 135.105 yen səviyyəsinə enib ki, bu da iyulun 6-dan bəri ən zəif göstəricisi.,

ABŞ FED-i əmək bazarının güclü qalması və digər iqtisadi göstəricilərlə bağlı narahatlığa rəğmən gözlənilən proqnozun minumum addımını – 75 baza bəndi uçot faiz dərəcəsini qaldırdı.

Dollar/yen cütlüyü  ABŞ istiqrazlarının gəlirliliyinə çox həssasdır.

Dollar qalxdığı zirvəni endi. Çünki birjalar FED sədri Pauellin bir az daha şahin çıxışı potensialına hazırlaşırdı. Amma çox neytral çıxış etdi.

İndi faiz artımın tempini azaltmaq potensialı var və bazar bu xoşdur.

Xüsusilə siyasət gözləntilərinə həssas olan ABŞ-ın ikiillik xəzinədarlıq gəliri bu həftə 2.9979% ilə ən aşağı səviyyəyə yaxınlaşıb.

Dolların məzənnəsini yen daxil olmaqla altı həmkarı qarşısında formalaşan Dollar indeksi bir gecədə 0.59% endikdən sonra, ardınca daha 0.05% azalaraq 106.31 səviyyəsinə yüksəldi. 106.1-dən aşağı 5 iyuldan bəri ən aşağı səviyyədir.

İndeksdə ən ağır çəkili valyutası, vahid valyuta avro, bir gecədə 0.82% bahalaşdıqdan sonra cüzi korreksiya ilə 1.02045 dollar oldu.

Bu gün Asiya birjaları açılandan sonra ötən gün 1.06% dəyər qazandıqdan sonra ingilis funt sterlinqi yenidən 0.05% artaraq 1.21640 dollar olub.

Kriptovalyuta bitkoini əvvəlki sessiyada 8%-dən çox artımdan sonra daha 1.33% artaraq 23 081.18 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər