6 C
Baku
Sunday, December 15, 2024

FED martda faiz artımına gedəcək

ABŞ Mərkəzi Bankı FED-in Filadelfia şöbəsinin Sədri Patrick Harker bankın mart ayına planlaşdırılan iclasında faiz artımını istisna etməyib.

Bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker mart toplantısında faiz artımı təklifinin masada olacağını deyib.

O məşğulluq göstəricisinin yaxşı olduğuna diqqət çəkərək bildirib ki, ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir: ”Əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var”.

Harker martın 14-15-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gediləcəyini ictimaiyyətə açıq şəkildə söyləyən ikinci FED səlahiyyətlisidir. FED-in San-Francisco sədri John Uilliams da keçən həftə “Bloomberg”ə verdiyi müsahibəsində, faiz artımına gediləcəyini söyləmişdi. İnvestorlar isə mart ayına planlaşdırılan toplantıda faiz artımına 25% ehtimal olduğunu deyirlər.

Xatırladaq ki, FED ötən həftəki iclasında faizləri dəyişdirməmişdi.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər