10 C
Baku
Wednesday, December 11, 2024

FED-in martda faizləri artırma ehtimalı 94%-ə yüksəlib

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) mart ayındakı növbəti iclasında uçot dərəcəsini artırma ehtimalı 94%-ə yüksəlib.

“Bloomberg” agentliyinə istinadən, bu nəticə fyuçers müqavilələrinə əsasən müəyyənləşib.

Qeyd edək ki, FED-in ötən gün keçirilmiş monetar siyasət iclasında uçot dərəcəsi sabit saxlanılsa da, faiz artımları trendinin davam edəcəyi barədə siqnallar verilib. Xatırladaq ki, sözügedən iclasa qədər mart ayında faiz artırma ehtimalı 88% təşkil edib.

Dünənki iclasda ABŞ-da inflyasiyanın bu il yüksələcəyi və ortamüddətli perspektivdə 2% hədəf səviyyəsində tarazlıq tapacağı bildirilib. FED-in maliyyələşdirmə faizi fyuçerslərinə görə, bu ilin sentyabr ayına qədər uçot dərəcəsinin 2 iclasda artırılması ehtimalı 100% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər