Mərkəzi Bankın tolunu həyata keçirən ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) bu il 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir.
Bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının yekunları üzrə yayılan məlumatında deyilir.
FES həmçinin ABŞ iqtisadiyyatının iqtisadiyyatının artım sürətinin bu il 3,1 faizə qədər artırmasını proqnozlaşdırılır. ABŞ-ın ÜDM artımı üzrə proqnoz 2019-ci il üçün 2,5 faiz təşkil edəcək, 2020-ci ildə isə 2 faizə qədər zəifələyəcəyi gözlənilir.
Hazırda işsizlik səviyyəsi 3,9 faiz təşkil edir.
Qeyd edək ki, Federal Ehtiyat Sisteminin (FES) 25-26 sentyabr keçirilmiş iclasında uçot dərəcəsi illik 1,75-2 %-dən 2-2,25% səviyyəsinə yüksəldilib.
© Trend