FED rəhbəri ABŞ-ı dəstəkləmək üçün “lazımi tədbirləri görəcəyinə” söz verib

0

Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerome Powell, faiz dərəcələrinin aşağı salınmasına işarə edib.

Banker.az xəbər verir ki, İsveçrənin Sürix Universitetində Beynəlxalq Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunan “İqtisadi perspektivlər və pul siyasəti” adlı diskussiyadakı çıxışında Powell bir neçə dəfə ABŞ-da “tənəzzül gözləmədiyini” söyləyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Biz tənəzzülü proqnoz etmirik və gözləmirik. Biz orta iqtisadi artım, güclü əmək bazarı və inflyasiyanın  davam etməsini gözləyirik. Əsas gözləntimiz odur ki, tənəzzül olmayacaq.

Bu il ərzində FED faiz dərəcələrini azaltmağa  hazır idi. Bu, iqtisadiyyata dəstək verir. Bizim əsas öhdəliklərimizə iqtisadiyyatı dəstəkləmək üçün müxtəlif vasitələrdən istifadə daxildir və bunu etməyə davam edirik”.

Xatırladaq ki, FED-in növbəti iclası 17-18 sentyabr tarixlərində keçiriləcəkdir.