23 C
Baku
Wednesday, October 5, 2022

FED rəhbəri Donald Trampın tənqidlərinə cavab verib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Banker.az bu barədə Report-a istinadən xəbər verir.

Görüş zamanı C.Pauell FED-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb. O əlavə edib ki, FES pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.

Görüşdə həmçinin FED rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.

ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FED rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.

O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.

Son xəbərlər
Oxşar xəbərlər