23 C
Baku
Sunday, September 29, 2024

FED rəsmisindən faiz açıqlaması

ABŞ Mərkəzi Bankı FED-in Dallas şöbəsinin sədri Robert Kaplan iqtisadiyyatın tam məşğulluq səviyyəsinə xeyli yaxınlaşdığını və inflyasiyanın yüksəlməyə başladığına bildirib.

“Bloomberg” xəbər verir ki, Kaplan FED-in yaxın zamanda faizləri artırması barədə fikrini təkrar edib.

O, iyun və ya İyul ayında faiz artırımına gedib-getməyəcəyinə əmin olmadığını, ancaq yaxın gələcəkdə faiz artımının baş verəcəyini qeyd edib: “Faizləri artırmaq üçün iyun və ya iyul ayları məqsədəuyğundur. Faizləri belə aşağı saxlamaq xərc tələb edir. Faiz artımına dəstək verə biləcəyimiz nöqtəyə gəlmişik”.

 

Publika.az

Son xəbərlər
Digər xəbərlər