10 C
Baku
Bazar, Dekabr 5, 2021

FED uçot dərəcəsini 0-0.25 faiz səviyyəsində saxlayıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin noyabrın 3-ə üzrə iclası uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Bu barədə təşkilatın press-relizində bildirilir.

Qeyd edək ki, FED sentyabrın 22-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Bundan əlavə, FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7 %-dən 5,9 %-ə endirib və 2022-ci il üçün 3,3 %-dən 3,8 %-ə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3,4 %-dən 4,2 %-ə, gələn il üçün 2,1 %-dən 2,2 %-ə artırılıb.

Xatırladaq ki, ABŞ dollarının baza məzənnəsi sonuncu dəfə 2020-ci ilin mart ayında dəyişib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X