Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini dəyişməz saxlayıb.
“TASS”-a istinadən xəbərə görə, uçot dərəcəsi 0,5-0,75% səviyyəsində qalıb.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də FED uçot dərəcəsini 0,25-0,5% səviyyəsinədək artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.