14 C
Baku
Thursday, October 30, 2025

FED uçot dərəcəsini 3,75–4%-ə endirib

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 25 baza bəndi azaldıb. Yeni diapazon 3,75–4% təşkil edir. Bu barədə ABŞ maliyyə tənzimləyicisinin mətbuat relizində məlumat verilib. Bu, 2024-cü ilin dekabrından bəri ikinci faiz azaldılmasıdır. ABŞ prezidenti Donald Tramp daha aqressiv faiz endirilməsini tələb edir.

ABŞ-də dövlətin maliyyə fəaliyyəti dayandırıldığı üçün tənzimləyicinin nəzərə aldığı mühüm iqtisadi göstəricilər dərc edilmir. FED-in açıqlamasında bildirilir ki, Komitə maksimum məşğulluq səviyyəsinə və 2%-lik inflyasiya göstəricisinə nail olmağa çalışır.

FED sonuncu dəfə 17 sentyabrda keçirilən iclasda 2025-ci ildə ilk dəfə uçot dərəcəsini azaldaraq 4,25–4,5%-dən 4–4,25%-ə endirmişdi. Ondan əvvəl isə faiz dərəcəsi ardıcıl beş iclas boyunca dəyişməz qalmışdı. ABŞ maliyyə tənzimləyicisinin növbəti iclası 9–10 dekabr tarixlərində keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər