ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.
TASS-a istinadən, bu barədə nizamlayıcının saytında bildirilir.
Məlumata görə, ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.
Qeyd edək ki, Federal Ehtiyat Sistemi bundan əvvəl uçot dərəcəsini endirib.