11 C
Baku
Monday, April 21, 2025

Federal Ehtiyatlar Sistemi: Rüsumların artması ABŞ-də yüksək inflyasiyaya səbəb ola bilər

“ABŞ administrasiyasının rüsumları sərtləşdirmə siyasəti, çox güman ki, ABŞ-də inflyasiyanın sürətinin artmasına gətirib çıxaracaq və iqtisadi artıma mənfi təsir göstərəcək”.

Bunu Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Jerom Pauel deyib.

“Rüsumların inflyasiyanın ən azı müvəqqəti artmasına səbəb olacağı ehtimalı var”, – o bildirib.

Pauel həmçinin etiraf edib ki, iqtisadi artımın yavaşlaması ilə eyni vaxtda inflyasiya da artarsa FES çətinliklərlə üzləşə bilər.

Onun sözlərinə görə, ABŞ administrasiyasının rüsumları gözləniləndən əhəmiyyətli dərəcədə böyük olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər