11 C
Baku
Tuesday, November 26, 2024

Fenomenal yaddaşa malik insanlar

Tarixin müxtəlif dönəmlərində yaşamış, fərqli nəsillərə məxsus 10 dahi şəxsiyyət. Bu siyahıda həm görkəmli siyatçiyə, həm musiqiçiyə, həm fizika mütəxəssisinə, həm də hərbçiyə rast gələcəksiniz. Çox danışmadan sizi siyahı ilə daha yaxından tanış etmək istərdik. Onların həyatı həmişə elmi tədqiqatların maraq obyektində olacaqdır.

Bu siyahıdakı insanları birləşdirən bir ortaq cəhət var ki, bu da onların fenomenal yaddaş sahibi olmasıdır.

10. Nikola Tesla (1856 — 1943) – mühəndis, ixtiraçı, fizik, dəyişən cərayanla işləyən qurğuların yaradılmasına görə bütün dünyada məşhurdur. Tesla “fotoqrafik yaddaşa”a sahib idi və çox nadir hallarda nəyisə özünə qeyd aparırdı. Deyilənlərə görə, 1885-ci ildə onun laboratoriyası yandıqda, o öz ixtiralarının bir çoxunu bərpa edə bilmişdi.

9. Teodor Ruzvelt (1858 — 1919) – ABŞ-ın 26-cı prezidenti və Nobel mükafatı laureatıdır. Ruzvelt geniş yaddaş imkanlarına malik idi. Belə ki, o gün ərzində 2-3 kitab oxuyur və daha sonradan bütün detalları beynində bərpa edirdi. O həmçinin eyni anda bir neçə işlə məşğul ola bilirdi. Deyilənlərə görə, o iki katibi ilə işlədiyi vaxtda həm də kitab oxuyurdu.

8. Sergey Rahmaninov (1873 — 1943) – dahi rus bəstəkar, dirijor və o dövrün ən məşhur pianoçularından biri idi. Vizual yaddaş vasitəsilə o inanılmaz sürətlə notları yadda saxlayırdı.

7. Kim Pik (1951 — 2009) – fenomenal yaddaşa sahib amerikalıdır və oxunan məlumatın 98%-ni yadda saxlamaq qabiliyyətinə malik idi. Öz həyatı boyu Kim Pik 9000-dən çox kitabı yadda saxlamağı və hər iki səhifəni eyni anda oxumağı bacarırdı.

6. Papa II İohann Pavel (1920 — 2005) – din xadimi idi və 1978-ci ildən 2005-ci ilə qədər katolik kilsəsinin rəhbəri olmuşdur. O da həmçinin vizual yaddaşa malik idi. O bu yaddaş vasitəsilə 21 dil öyrənmişdi və 100 müxtəlif dialektlərdə danışmağı bacarırdı.

5. Ferdinand Markos (1917 — 1989) – 1965-1986-cı illərdə Filippinin mübahisəli prezidenti olmuşdur. Markos fenomenal yaddaşa sahib idi. O ciddi cəhd göstərmədən ən çətin mətnləri yadda saxlaya, Konstitusiyanın istənilən bəndini əzbər deyə və uzun bir nitqi bir dəfə oxuduqdan sonra onu çıxış edə bilərdi.

4. Merilu Henner (1952 ) – aktrisa, prodüsser və “Taksi” teleşousunun müəllifidir. Henner – planetdə inanılmaz yaddaşa sahib 12 insandan biridir. Qeyri-adi yaddaşı vasitəsilə o uşaqlığından bu gününə qədər olan istənilən kiçik detalları belə xatırlayır.

3.Yuli Sezar (e. ə. 100 – 44) – dünyanın ən dahi rəhbərlərindən biri hesab edilən bir şəxsiyyət. Deyilənlərə görə, o ordusundakı hər 25000 əsgəri üzdən tanıyırdı.

2. Meri Elizabet Bouzer (1839 -?) – Sovet ordusu üçün casusluqla məşğul olan bu qadın vətəndaş müharibəsi qəhrəmanı idi. Konfederasiya prezidenti Cefferson Devisin evində xidmətçi qismində işləyərkən o, vacib məlumatları yadda saxlayaraq sovet qüvvələrinə çatdırırdı.

1. Napoleon Bonapart (1769 — 1821) – fransız inqilabı zamanı məşhurluq qazanmış Fransanın ilk imperatoru və istedadlı hərbi sərkərdə idi. Napoleon qeyri-adi yaddaşa malik idi. O saysız həcmdə insan kütləsini, xəritələri və qoşunların yerləşdiyi yerləri yadda saxlaya bilirdi. Öz istedadı sayəsində o operativ şəkildə hərbi strategiyalar hazırlayırdı və düşmənin fəaliyyətini bir neçə addım öncədən təxmin edə bilirdi.

Son xəbərlər
Digər xəbərlər